воскресенье, 21 марта 2010 г.

“Novruz” bayramının tarixinə yeni baxış


17 March, 2010 07:30:00 http://www.paritet.az/olke/1264.html
Bu bayram Nuh peyğəmbərin adı ilə bağlı olaraq “Nuhun ruzisi” kimi başa düşülməlidir

Bildiyimiz kimi “Novruz” bayramı xalqımızın ən qədim və xoş əhval-ruhiyyə ilə qeyd etdiyi bayramlarından biridir. Məhz, xalqımıza xas olan folklorumuzu, adət-ənənələrimizi “Novruz” əsrlər boyu öz qoynunda bəsləyərək nəsillərdən-nəsillərə ötürmüşdür.


2009-cu ildə "Novruz" bayramının çoxmillətli, bəşəri bir bayram olduğu qəbul edilərək YNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Eyni zamanda bu il ilk dəfə olaraq "Novruz" bayramı , BMT tərəfindən, Beynəlxalq Novruz Günü kimi qeyd olunur. Hal-hazırda “Novruz” bir çox ölkədə dövlət bayramı kimi qeyd olunur və dünyada böyük insan kütləsi, hər il, bu bayramı qeyd edir”.

Təəssüflər olsun ki, bu gün, hələ də cəmiyyətdə “Novruz” bayramının nə zamandan qeyd olunması, hansı mənanı kəsb etməsi və “novruz” adının hərfi mənası haqqında beynəlxalq aləmdə yekdil fikir mövcud deyildir. Əksər araşdırmaçılar bu bayramın yaranma tarixinin zərdüştlük dövrünə aid olduğunu deyirlər. Xüsusən mediada bu fikir daha çox geniş səslənməyə başlayıb. Əgər zərdüştlük dövründə artıq “Novruz” bayramının qeyd olunması dolğun ifadə olunursa, deməli bu bayramın yaranması daha əvvələ gedib çıxır.

Son illərdə dünya xalqlarının əfsanə və rəvayətlərini, novruz haqqında deyimlərini araşdırdıqdan sonra mənin gəldiyim məntiqi nəticə budur ki, “Novruz” bayramı Nuh peyğəmbərin adı ilə bağlıdır və dünya daşqınından sonra, onun quruya (Gəmiqaya ərazisinə) çıxdığı tarixdən hesablanmalıdır. “Novruz” bayramı ən azı 5 000 il bundan əvvəl, qədim Türk diyarı olan, Azərbaycanda qeyd olunmağa başlanmışdır. Bu qədim bayram tarixin keşməkeşli yollarından keçərək bu günə kimi gəlib çıxmış və öz layiqli qiymətini almışdır.

Tarixi və dini mənbələrə görə, Nuh peyğəmbər öz ailəsi ilə birlikdə, uzun müddət, ucsuz-bucaqsız dəryada üzdükdən sonra tam ümüdsizliyə qapılır. Elə bu zaman onlar havaya uçurtduqları göyərçinin geriyə döndüyünü və dimdiyində tər yarpaqlar gətirdiyini görüb çox sevinirlərlər. Beləliklə onlar yaxınlıqda quru ərazinin olduğunu müəyyənləşdirirlər.

Buradan belə qənaətə gəlmək mümkündür ki, Nuh peyğəmbərin quruya çıxdığı vaxt, məhz yazın ilk gəlişi gününə təsadüf etmişdir. Ona görə də bu gün qurtuluş günü kimi geyd olunmağa başlamış və bolluq, ruzili gün olduğundan Nuhun ruzisi, yəni “Nuhruz” və ya “Novruz” deyə adlandırılmışdır. Təsadüfi deyil ki, bəzi türkdilli və digər xalqların dillərində Nuh peyğəmbər Nov, Nox, Nux, Noy, Noh və s. kimi, novruz kəlməsi isə “nuruz”, “nouruz”, “nuhruz”, “noxruz” , “noyruz”, navruz, novruz və s. kimi ifadə olunur.

Bütün bunlara əsasən mən bu fikrimdə israrlıyam ki, “Novruz” bayramı Nuh peyğəmbərin adı ilə bağlı olaraq “Nuhun ruzisi”, qisaldilmiş halda isə "Nuh Ruz" kimi başa düşülməlidir. Yəni bu gün, Nuh peyğəmbərin üzünə baxıb, tanrının insanlara bəxş etdiy ruzili, xeyir-bərəkətli və ən sonda, insanların xilas olduğu, qurtuluş və şükür günü kimi qəbul olunmalıdır.

Bu mənim subyektiv fikrimdir və geniş bir araşdırmalarımın nəticəsidir. Çox istərdim ki, bu məsələ geniş auditoriya müzakirəsinə çıxarılsın, alim və mütəxəssislərin də fikirləri öyrənilsin.

Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri: KAMRAN MAHMUDOV Əlaqə üçün: ecososerc@gmail.com




“Novruz bayramının tarixinin geniş elmi araşdırılmasına ehtiyac var”
http://www.paritet.az/gundem/3427.html

Kamran Mahmudov: “Novruz bayramının fəlsəfəsini cəmiyyətə düzgün çatdırmağın artıq məqamı çatıb”


Əsrlərdir xalqımız Novruz bayramını qeyd edir və xalqımızın tarixində, adət-ənənəsində Norvuzun özünəməxsus yeri və rolu vardır.Amma etiraf olunmalıdır ki, Novruz bayramının özünün tarixi hələ tam araşdırlmayıb. Bu gün inanmaq olmur ki, Novruz bayramının yaranma tarixinin zərdüştlüklə əlaqəsi olsun. Yaxud bu bayramın dinlə bağlılığı nə dərəcədə həqiqətə uyğundur? Həqiqəti tapmaq üçünsə əziz bildiyimiz bu bayramın tarixi də köklü şəkildə öyrənilməlidir. Düzdü, fərqli zamanlarda Novruzun tarixinə müxtəlif yanaşmalar olub. Amma Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudov isə Novruzla bağlı bizə çatdırılan ənənəvi tarixi tamam alt-üst edir. O, bu bayramın Nuh peyğəmbərin adı ilə bağlı olaraq "Nuhun ruzisi" kimi başa düşülməsində israrlıdır. Novruz bayramının yaranma tarixinin zərdüştlükdən daha əvvələ gedib çıxdığını idda edən K.Mahmudov bu qənaətə tarixi mənbələr əsasındagəldiyini bildirir: “Bu əvvəldən zərdüştlüyə gəlib çıxmış mərhələdir. Sonrakı mərhələlərdə də bu bayram qeyd olunurdu. Deyək ki, müqəddəslərin taxda çıxdığı, peyğəmbərlik verildiyi, doğulduğu günlərlə də əlaqələndirirlər. Yəni Novruz bayramı o qədər təbii, doğma, müqəddəs qəbul olunur ki, hər bir dövürdə və mərhələdə onu öz adına mənimsəməyə başlayıblar. Ona görə də biz düşünürük ki, Novruzun adı, mənşəyi araşdırılmalıdır. Gəlin, biz Novruzun fəlsəfəsini araşdıraq. Novruz böyük bir fəlsəfədir. Bəlkə də bütün türk-müsəlman dünyasının iştirakı ilə elmi-praktik konfransın keçirilməsinə ehtiyac var”.
Nuh tufanının elm tərəfindən təsdiq olunduğunu xatırladan K.Mahmudovun sözlərinə görə alimlər sübut edib ki, Nuh peyğəmbərin gəmisi məhz Naxçıvandakı Gəmiqaya ərazisində gəlib dayanıb: “Amma çox təəssüf ki, bunu biz az deyirik. Ən çox Amerika və Avropa alimləri sübut edirlər ki, məhz Nuh peyğəmbərin tufandan sonra torpağa qədəm qoyduğu ilk yer həmin Gəmiqaya ərazisində olub. Rus alimi Belyayev var. Bu gün onun qədər Nuh peyğəmbərin həyatını araşdıran ikinci bir alim yoxdur. O vurğulayır ki, məhz ikinci həyat Azərbaycan ərazisində başlayıb. Nuhun davamçılarının sonradan həyata qayıtmasından yeni dövür, yeni gün başlayıb. İnsanın həyatındakı hansısa önəmli hadisə onun qan yaddaşına keçir. Ona görə biz insanların yenidən həyata başlamasını məhz Qurtuluş günü kimi dəyərləndiririk. Məhz insanlar bu günü Qurtuluş günü kimi qeyd ediblər. Bolluq, ruzili gün olduğundan Nuhun ruzisi, yəni “Nuhruz” və ya “Novruz” deyə adlandırılıb. Təsadüfi deyil ki, bəzi türkdilli və digər xalqların dillərində Nuh peyğəmbər Nov, Nox, Nux, Noy, Noh və s. kimi, novruz kəlməsi isə “nuruz”, “nouruz”, “nuhruz”, “noxruz” , “noyruz”, navruz, novruz və s. kimi ifadə olunur”.
EPTM-nin sədri Norvuz bayramının qeyd olunmasının hamımız üçün maraqlı olduğunu bildirdi: “Xalq əsrlər boyu bunu qoruyb saxlayaraq bu günə çatdırıb, yoxsa 5000 ildən bu günə kimi heç bir bayram gəlib çata bilməzdi. Amma çox təəssüf ki, Novruz bayramının nədən bu cür coşğu ilə qeyd olunması ilə bağlı yekdil fikirə gələ bilməmişik. Ona görə düşünürəm ki, Novruz fəlsəfəsini daha geniş araşdırmaq və onu cəmiyyətə düzgün çatdırmağın artıq məqamı çatıb”.
Artıq 6-7 ildir ki, bu baxımdan araşdırma və tədqiqatlar apardığını deyən həmsöhbətimiz bu illərdə çoxlu alim və mütəxəssislərlə görüşdüyünü dedi. Amma hər birindən də fərqli fikirlər eşidib: “İstərdim ki, bütün alim və mütəxəssislər diskussiya halında, dəyirmi masa arxasında toplaşıb Novruz bayramı haqda başqa bir fikir ortayaqoysunlar. Biz yekdil fikirə gələ bilmirik. Bu bayram nə üçün qeyd olunur? Novruz bayramının tarixinin geniş elmi araşdırılmasına ehtyac var. Biz milli adət-ənənəmizə sahib çıxmalyıq. Bu gün Gürcüstan Novruzu milli bayram kimi qeyd edrisə, vay o günə ki, sabah Ermənstan da bunu özünün milli bayramı elan edə. Bu gün ermənilər Naxçıvana hücum edib sübut etmək istəyirlər ki, Nuh peyğəmbər məhz əslən erməni olub. Gəmiqaya ərazisinə bir Türkiyə, bir də Naxçıvandan çıxış var. Ermənilər bu gün hələ də ora çıxış tapa bilmirlər. Bütün dünyaya səs salıblar ki, Nuh peyğəmbər məhz, guya Ermənistan ərazisi olan, Ağrıdağ (Ararat)dağında dayanıb. Burada çox böyük siyasi məsələ var. Ona görə də düzgün addım oldu ki, bu bayram BMT tərəfindən, Beynəlxalq Novruz Günü kimi qeyd olunur. Amma gəlin bununla işimizi tamamlamayaq. Bu gün dünya alimləri arasında ciddi yarışma gedir ki, kim Nuh peyğəmbərin qəbrini aşkar edəcək”.
K.Mahmudov Almaniyada yaşayan soydaşımız Nuridə Atəşinin Novruz bayramınıntarixini Amazonkalarla əlaqləndirməsinə də münasibət bildirdi: “Bu artıq tamam yayınmadır. Nuridə Atəşin bunu elmi işi adlandırır. O əgər bu haqda elmi iş yazıb müxtəlif dillərə tərcümə edərək beynalxalq aləmə təqdim edəcəksə, axı, onda biz necə sakit qalaq”.
O, Novruzun İslam dini ilə əlaqəsi olmasını da inkar edir: “İslamda da bir zamanlar bu bayram qəbul olunmayıb. Axı, Hicri təqvimi ilə Novruz təqvimi heç cür uyğun gəlmir. Saatbasaat, dəqiqəbədəqiqə Novruz öz gecə-gündüz dəyişməsini təkrar edir. Ona görə də Novruzu müsəlman tarixinə adi etmək düzgün deyil”.
Ekoloq onunla razılaşıb və ya razılaşmamasından asılı olmayaraq başqa bir fikiri olanları dinləməyə həmişə hazır olduğunu da qeyd etdi: “Təbii ki, mən folklorşünas, etnoqraf, tarixiçi deyiləm. Mən də bir vətəndaş kimi bu bayramın tarixinə müraciət etmişəm. Düşünürəm ki, heç kimin elmi işinə toxunmamışam. Burada heç bir qəbahətdə yoxdur. Əksinə Nuhun tufandan sonrakı həyatı çox qaranlıqldır. Ona görə də araşdırmalar aparılmalıdır”.
Öz araşdırmalarını davam etdirəcəyini deyən EPTM rəhbəri hazırda bu məsələnin geniş auditoriyanın müzakirəsinə çıxarılması üçün müxtəlif metodlardan da istifadə etdiyini dedi: “Mütəmadi olaraq görüşlər keçirirəm. Eyni zamanda KİV-də çıxışlar edirəm. Artıq www.novruzbayram.blogspot.com səhifəsini yaratmışıq. Bu günə kimi ən çox Ukrayna, Rusiya, Çin, Hindistan və ABŞ-dan münasibət bildirənlər var. Məsələn, bir türk araşdırmaçısı yazısında Novruz bayramının Nuh peyğəmbərin zamanından qeyd olunduğunu bildirmişdi. Bir də əslən naxçıvanlı olan professor xanım, hansısa yazılı mənbəyə əsasən qeyd edib ki, 1960-cı illərə qədər hər Novruz bayramı günü Nuh peyğəmbərin keçmiş məqbərəsi yerli əhali tərəfindən ziyarət olunarmış.

Fuad HÜSEYNZADƏ






В штаб-квартире ООН прошло мероприятие, посвященное Международному Дню Новруз



http://news.mail.ru/inworld/azerbaijan/politics/5562621/

23 марта 2011


21 марта в штаб квартире ООН прошло мероприятие, посвященное Международному Дню Новруз. Как передает 1news.az со ссылкой на сообщение представительства Азербайджана при ООН, мероприятие было проведено на основании принятой по инициативе Азербайджана в рамках ООН резолюции от 23 февраля 2010 года № А/RES/64/253 под названием Международный День Новруз.
Мероприятие было открыто со стороны президента 65-й сессии Генеральной Ассамблеи ООН Джозефа Дейза, которым было зачитано обращение генерального секретаря ООН.

Далее выступили министр культуры Таджикистана, постоянные представители Албании, Азербайджана, Афганистана, Индии, Ирана, Кыргызстана, Турции, Туркменистана при ООН.
Выступивший постоянный представитель Азербайджана при ООН, посол Агшин Мехтиев довел до сведения участников мероприятия, что инициатива проведения Новруза на международном уровне принадлежит Азербайджану.
А.Мехтиев также рассказал о традициях праздника и отметил, что международный день Новруз внесет свой весомый вклад в межкультурный и межрелигиозный диалог.

Эльшан Рустамов